Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.
FED.az xəbər verir ki, bu barədə Modern.az-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.
Eləcə də bax: Azərbaycanda dövlət işçiləri - 1 AYLIQ MƏZUNİYYƏTƏ GÖNDƏRİLDİ - SİYAHI
Onun sözlərinə görə, məqsəd koronavirua təhlükəsinin qarşısının alınmasıdır:
"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".