FED.az xəbər verir ki, V.C.Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".
“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov İmişli şəhərində Cəmiyyətin Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində vətəndaş qəbulu keçirib.
Qeyd edək ki, Vüqar Əhmədov indiyə qədər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edirdi.