Prezident İlham Əliyev «AzerGold» QSC-nin Müşahidə şurasına dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən qurumun müşahidə şurasının üzvləri ilə bağlı hissədə Müşahidə şurasının üzvü Səməd Bəşirlinin əvvəlki vəzifəsi (İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri) yeni vəzifəsi ilə əvəz edilib (iqtisadiyyat nazirinin müavini).
Bundan başqa, qurumun müşahidə şurasının digər üzvü, vəzifəsini tərk etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov nazirliyin Aparatının Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovla əvəz edilib.