Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Eləcə də bax: Putin Azərbaycan və Ermənistan XİN başçılarını Moskvaya - Dəvət Etdi
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən FED.az-a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.