Bu il Azərbaycan xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 22 901.84 mln dollar olub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Ticarət dövriyyəsinin 59.03% və ya 13 519.91 mln dolları ixracın, 40.97% və ya 9 381. 93 mln dolları idxalın payına düşüb.
Ümumilikdə xarici ticarə saldosu 4 137.98 mln manat təşkil edib. Xarici ticarət dövriyyəsində 1 878,514 mln dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,2% azdır.