Füzuli Məcidli Azərbaycanın Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib.
FED.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik bildirir.
Həmçinin bu, Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın Türkiyədəki Səfirliyinin heyəti barədə yerləşdirilən məlumat bölməsində də öz əksini tapıb.
Xatırladaq ki, F.Məcidli Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti olub. (Report)