2021-ci ildə Azərbaycandan mal ixracının həcminin 13,330 mlrd. ABŞ dolları, ölkəyə mal idxalının həcminin isə 10,654 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, ümumi ticarət dövriyyəsinin həcminin 23,984 mlrd. dollar olacağı gözlənilir.
FED.az-ın məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Göstəricilərə əsasən, gələn il saldo müsbət olacaq və 2,676 mlrd. dollar təşkil edəcək.
2022-2024-cü illər üzrə Azərbaycanın ticarət dövriyyəsi üzrə proqnoz
Göstəricilər, mlrd. $ |
2022-ci il |
2023-cü il |
2024-cü il |
İxrac |
14,725 |
15,880 |
16,540 |
İdxal |
11,194 |
11,479 |
11,905 |
Ümumi dövriyyə |
25,919 |
27,359 |
28,445 |
Saldo |
3,531 |
4,401 |
4,635 |
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30,041 mlrd. dollar, o cümlədən ixrac 17,656 mlrd. dollar, idxal isə 12,385 mlrd. dollara bərabər olub. Bu ilin yanvar-noyabr aylarında isə ölkənin ticarət dövriyyəsinin həcmi 19,894 mlrd. dollar, ixrac 11,127 mlrd. dollar, idxal isə 8,767 mlrd. dollar təşkil edib.(apa)