"Azərbaycan Respublikasının Səfirliyi haqqında", "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında", "Azərbaycan Respublikasının Konsulluğu haqqında" və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında" əsasnamələr təsdiq edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.













