Azərbaycanın keçmiş naziri - VƏFAT EDİB 09:43 14 Yan 2022 Azərbaycanın keçmiş material ehtiyatları naziri Fərrux Zeynalov vəfat edib. FED.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. F.Zeynalov 1992-1997-ci illərdə Azərbaycanın material ehtiyatları naziri olub.