Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayına ölkə üzrə qeydə alnan işsizlərin sayını açıqlayıb. FED.az hesabata istinadən xəbər verir ki, bu ilin 8 ayında ölkədə rəsmi surətdə işsiz kimi qediyyatdan keçənlərin sayı 35 min 440 nəfər olub.
Eləcə də bax: Azərbaycanın ən varlı və ən kasıb rayonları- MAAŞLAR, SİYAHI
Komitənin hesablamalarına görə, ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52%-idir. Sumqayıtda isə 1 266 nəfər işsiz qeydə alınıb.
Ən az işsiz olan rayonlara gəlincə, rəsmi məlumata görə, ayrı-ayrı rayon və şəhərlərə gəlincə, FED.az bildirir ki, bölgələrdə ən çox işsiz olan ilk 10 rayon-şəhərləri bunlardır:
Mingəçevir şəhəri (1125 nəfər)
Bərdə rayonu (1013 nəfər)
Kəlbəcər rayonu (878 nəfər)
Gəncə şəhəri (772 nəfər)
Ağdam rayonu (739 nəfər)
Abşeron rayonu (641 nəfər)
Hacıqabul rayonu (634 nəfər)
Göyçay rayonu (581 nəfər)
Quba rayonu (513 nəfər)
Lənkəran şəhəri (416 nəfər)
Eləcə də bax: Maaşlarından kəsib sığortaya qoyurlar – 40%-Ə YAXIN QAZANC
Azərbaycanda ən az işsiz olan 14 rayon isə aşağıdakılardır:
Daşkəsən rayonu (3 nəfər)
Füzuli rayonu (14 nəfər)
Xocalı rayonu (29 nəfər)
Şuşa rayonu (30 nəfər)
Xocavənd rayonu (44 nəfər)
Qobustan rayonu (44 nəfər)
Naftalan şəhəri (48 nəfər)
Ucar rayonu (50 nəfər)
Samux rayonu (52 nəfər)
Zərdab rayonu (53 nəfər)
Lerik rayonu (54 nəfər)
Yardımlı rayonu (58 nəfər)
Ağdaş rayonu (61 nəfər)
Oğuz rayonu (71 nəfər)
Azərbaycanın ən az və ən çox işsiz olan rayonları – RƏSMİ SİYAHI
13:08
6 Okt 2018