Azərbaycanın diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslər yaradıla bilər.
Xarici ölkələrdəki nümayəndəliklərin maaşı bu qanunla veriləcək
FED.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarının vahid sisteminə daxil olan orqanların, onların tabeliyində yaradılan qurumların hüquqi statusu ilə bağlı məsələlər müvafiq normativ hüquqi aktlarla tənzimlənəcək.
Azərbaycanın diplomatik nümayəndəlikləri Konstitusiyaya uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı ilə Milli Məclis, Azərbaycan konsulluğu isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsis edilir.
Diplomatik nümayəndəliklər və konsulluqların təsis edilməsi ilə bağlı məsələlər ölkənin və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələr və Azərbaycanın normativ hüquqi aktları ilə tənzimlənir.