Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində danışıqlara hansı halda başlaya biləcəyi şərtini açıqlayıb.
Eləcə də bax: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
FED.az xəbər verir ki, dövlət başçısı jurnalistin “Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı?” sualına cavabında deyib ki, Azərbaycanın bütün rayonları boşaldılmalıdır:
“Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır”.