Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası başlayıb.
FED.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazir Əli Əsədov rəhbərlik edir.
Daha əvvəl Əli Əsədov görüşün digər iştirakçıları ilə birlikdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “Rusiya” beynəlxalq sərgi-forumu ilə tanış olub. (Report)