Prezident İlham Əliyev Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri V.İ.Sadıqovun eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı təyin edilib.