Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,96 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə ayrılıb.
Balakən, Qax, Şəki və Zaqatala rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 avqust tarixli Sərəncamına Əlavə
Sıra №-si |
Rayonun adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
|
Balakən |
6 |
Gərəkli kəndi |
3658 |
Hənifə kəndi |
4759 |
|||
Qaracabinə kəndi |
287 |
|||
Qullar kəndi |
5545 |
|||
Talalar kəndi |
3593 |
|||
Tülü kəndi |
6548 |
|||
|
Qax |
7 |
Ağyazı kəndi |
630 |
Amanlı kəndi |
170 |
|||
Cəlayir kəndi |
1626 |
|||
Güllük kəndi |
2635 |
|||
Qaratala kəndi |
598 |
|||
Şıxlar kəndi |
267 |
|||
Tasmalı kəndi |
1728 |
|||
|
Şəki |
8 |
Baş Zəyzid kəndi |
5472 |
Çapağan kəndi |
353 |
|||
İbrahimkənd kəndi (2 quyu) |
798 |
|||
Kiçik Dəhnə kəndi |
9331 |
|||
Küdürlü kəndi |
570 |
|||
Şəki şəhəri (121-ci kvartal) |
2000 |
|||
Vərəzət kəndi |
2038 |
|||
|
Zaqatala |
7 |
Aşağı Tala kəndi (2 quyu) |
7372 |
Danaçı kəndi |
7931 |
|||
Əliabad qəsəbəsi |
11236 |
|||
Lahıc kəndi |
2105 |
|||
Muğanlı kəndi |
3020 |
|||
Yuxarı Tala kəndi |
8744 |
|||
Cəmi: |
28 |
26 |
93 014 |