"Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxlərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".
Eləcə də bax: Ermənistan Gorusdan Azərbaycanı raket atəşinə tutdu - MN-dən sərt xəbərdarlıq
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün fotoşop və digər vasitələrlə saxta məlumatlar hazırlayır və yayır:
"Bizim mülki insanlarla işimiz yoxdur. Ermənistan məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Azərbaycanın erməni xalqı ilə işi yoxdur, - H.Hacıyev əlavə edib. (Report)