Azərbaycanda standartlaşdırma üzrə dövlət fondu yaradılacaq.
FED.az - ın məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Standartlaşdırma haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə 5 ay müddətində standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.