Nazirlər Kabineti Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, qərara əsasən, Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu elə qurumun aparatından ibarət olacaq. Qurumun işçi sayı 17 nəfər, aylıq əmək haqqı fondu isə 10080 manat müəyyən edilib.
Azərbaycanda yeni publik şəxs yaradıldı – QƏRAR
09:39
20 Aprel 2019