Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Eləcə də bax: Əbüldəs Qarayevi, hələlik, o əvəz edir - AÇIQLANDI
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlətimizin başsının digər Sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyevin imzaladığı daha bir Sərəncamla isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.
Qeyd edək ki, indiyədək Anar Kərimov Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.