Dövlət

Azərbaycanda yeni dövlət rüsumu - SƏRƏNCAM

Azərbaycanda yeni dövlət rüsumu - SƏRƏNCAM | FED.az
17:54 30 Aprel 2019

Prezident İlham Əliyev Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanuna dəyişiklikləri təsdiqləyib. 

FED.az xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib: 
2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 2.0.23-cü maddə əlavə edilib: 
2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması.”. 

Aşağıdakı məzmunda 33-6-cı maddə əlavə edilib: 
“Maddə 33-6. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun      məbləği

33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması

20 manat

33-6.2.  Könüllü dövlət genom qeydiyyatının aparılması

250 manat

Digər xəbərlər