Prezident İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Eləcə də bax: Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
FED.az xəbər verir ki, prezidentin dekabrın 29-da imzaladığı sənədə əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Yeni qurumun nizamnaməsinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
Agentliyin nizamnamə fondu 100 min manatlır və ona ödənişli xidmətlər göstərmək hüququ da verilib.