Dünyanın bir çox ölkəsində vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun qəbul edilib. Azərbaycanda isə belə bir qanun layihəsi hələ 2005-ci ildə qəbul olunub. Təəsüf ki, bu qanun işlək vəziyyətdə deyil.
Söhbət 2005-ci ilin avqust ayında qəbul edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanundan gedir. Qanun 2005-ci il iyunun 24-də ölkə başçısı tərəfindən təsdiq edilib və həmin il avqustun 14-də qüvvəyə minib.
Bəs qısaca olaraq, “Vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun” adlandırdığımız sənədin tətbiqi niyə gecikir?
Eləcə də bax: Prezident Ramil Usubovla açılışda
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov xatırladıb ki, sözügedən qanun layihəsi 2005-ci ildə parlament tərəfindən qəbul edilib və cənab prezident tərəfindən təsdiqlənib:
“Qanun icra olunmalıdır. Artıq bu qanunun icrası MDB məkanında olan bir sıra dövlətlərdə həyata keçirilir. Hesab edirəm ki, vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanunun icra edilməsi şəffaflığı təmin edəcək. Həm də insanlar bu məsələ ilə bağlı müəyyən məsuliyyət hiss edəcəklər. Artıq gəlir deklorasiyasının tətbiq olunması vacibdir”.
Deputat bildirib ki, qanun layihəsi təsdiq edildikdən sonra vəzifəli şəxslərin gəlir deklorasiyasının tətbiq olunması ilə bağlı müddəaları hazırlamaq Nazirlər Kabinetinə tapşırılıb.
“Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun niyə icra olunmur? Bu qanunun icrasına ehtiyac var. Nazirlər Kabineti müəyyən normalar tətbiq etməli və qərar verməlidir. Qərara uyğun olaraq da deklorasiyalar tərtib edilməlidir. Vəzifəli şəxslərin gəlir deklorasiyasının verilməsi çox müsbət addımdır”.