Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Parlament seçkisində kimlərə səs vermək olar? – SEÇKİ DAİRƏLƏRİ - NAMİZƏDLƏR – TAM SİYAHI
FED.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, ölkədə 6 421 960 nəfər seçici var. 397 862 nəfər məcburi köçkün seçici var.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir.
MSK sədri seçki məntəqələrinin sayı barədə də məlumat verib: “6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir”.
Məzahir Pənahov qeyd edib ki, 135 məntəqə müşahidə aparmağın özünün xüsusi qaydaları var: "Bunların içində hərbi hissələrdə, həbsxanalarda yaradılan məntəqələr də var. Burada təhlükəsizliklə bağlı qaydalar var. Müşahidəçilər bu tələbləri bilməlidir. Digər məntəqələrdə müşahidəçilərə Seçki Məcəlləsindən kənar heç bir müdaxilə ola bilməz”. (Apa)