Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara qarşı edilən qətl və zorakılıqlarla əlaqədar olaraq Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilib.
Rusiyada OMON-çuların əməliyyatında Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanılıb- 2 QARDAŞ ÖLDÜRÜLÜB
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
Rusiyalı diplomat Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırıldı
FED.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir.
"Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir"-deyə bildirilir.
Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalarına müraciət edə bilərlər.