Azərbaycanda reklamı qadağan olunan əmtəələrin sayı artırılıb.
Fed.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, reklamı qadağan olunan əmtəələrin siyahısına ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr - istifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar, işlənilmiş batareyalar, istifadə olunmuş şinlər və işlənilmiş sürtkü və mühərrik yağları daxil edilib.
Azərbaycanda reklamı qadağan olunan əmtəələrin sayı artıb
23:29
31 Avq 2018