2018-ci il ərzində Azərbaycandakı müəssisə və təşkilatların sayı 9,9% artaraq, bu il yanvarın 1-nə 130 323-ə çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 113 701-i kommersiya qurumlarıdır.
O cümlədən ötən il mədənçıxarma sənayesindəki müəssisə və təşkilatların sayı 4,1% artaraq 867, emal sənayesində isə müəssisə və təşkilatların sayı isə 8,1% artaraq 6 979 olub.
Hesabat dövründə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayında 5,1% artım qeydə alınıb. Belə ki, il ərzində bu sahədə 106 yeni qurum yaradılıb, 23-ü isə ləğv olunub. Son nəticədə maliyyə və sığorta qurumlarının sayı 86 vahid artaraq 1 718 vahidə yüksəlib. Bunun da 1 663-ü kommersiya qurumudur.