Dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək dünya təcrübəsində mövcuddur. Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmətə keçirilməsini təklif edirəm.
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişib - FƏRMAN
FED.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Mcəlisin bu gün keçirilən iclasında deyib.
“Fikrimcə, belə bir dəyişiklik etmiş olsaq, bu bir sıra problemlərin həllində rol oyanaya bilər. Xüsusilə təhsil sahəsində gənclərin təhsili ilə bağlı məsələlərdə bu dəyişiklik kömək etmiş olar.
Təhsilini və karyerasını davam etdirmək istəyən gənclər qısamüddətli hərbi xidmət keçməklə yenidən təhsillərini davam etdirə bilərlər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər”, - deyə E.Allahverdiyev əlavə edib. (Trend)