Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.
Eləcə də bax: DTX daha bir məmuru saxladı - RƏSMİ
FED.az "report"a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.
V.Talıbovun digər fərmanı ilə Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.
Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.