"Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.
FED.az xəbər verir ki, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb. O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də keçirilən iclasında bu qərarını açıqlayıb.
Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib.
Eləcə də bax: Nazirlilikdə yeni - TƏYİNATLAR
İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.
Azərbaycanda nazir oğlu istefa verib
14:27
7 Fev 2019