Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı genişlənib və aşağıdakılar əlavə edilib:
|
Sıra №-si |
Obyektin adı |
Obyektin yerləşdiyi yer |
Obyektin balanssaxlayıcısı |
Obyektin mühafizəsinin maliyyələşmə mənbəyi |
Obyektin mühafizəsini həyata keçirən dövlət qurumu |
|
62-1. |
Naxçıvan Modul Elektrik Stansiyası |
Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri |
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti |
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti |
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi |
|
62-2. |
Biləv Su Elektrik Stansiyasının suqəbuledici qurğusu |
Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu |
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti |
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti |
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi |
|
122-1. |
Heydər Əliyev Su Anbarı |
Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti |
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi |











