Azərbaycanda tanınmış iqtisadçı ekspert Vüqar Bayramov fevralın Milli Məclisə keçirilən seçkilərdə 84 saylı Füzuli Seçki Dairəsindən liderlik edir.
Eləcə də bax: İş adamları millət vəkili oldu - ADLARI, İŞ YERLƏRİ
FED.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə əsasən, hazırda adı çəkilən dairədən səslərin 71%-dən çoxu V.Bayramova verilib.
Vüqar Bayramov 13 iyun 1975-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində ziyalı ailəsində anadan olub.
1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə, 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub.
2001-ci ildə Kanadada təhsil proqramında iştirak edən Vüqar Bayramov 2002-2004-cü illərdə ABŞ-ın Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsilini davam etdirib.
2004-2008-ci illərdə ABŞ, Kanada və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif təhsil proqramlarında iştirak edib. 2002-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Vüqar Bayramov 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsinin ilkin müdafiəsini edib.
Vüqar Bayramov Avstriya Liderlik Proqramının ilk azərbaycanlı məzunudur.
Vüqar Bayramov Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub.
Vüqar Bayramovun qurucusu olduğu CESD Cənubi Qafqaz və Orta Asiyanin ən güclü beyin mərkəzidir və regional qurumlar arasında Harvard Universitetinin rəsmi katoloquna daxil edilən ilk araşdırma mərkəzidir.
Vüqar Bayramovun adı 2010-cu ildə dünyanın ən nüfuzlu 500 müsəlmanı siyahısına daxil edilib.