Azərbaycanda xarici iqtisadi fəaliyyətlə, yəni idxal-ixrac əməliyyatları ilə məşğul olanların sayı artıb. Bu barədə FED.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir. Belə ki, bu ilin yanvar-noyabr aylarında 14 190 hüquqi və fiziki şəxs xarici iqtisadi fəaliyyətlə məşğul olub. Ötən il isə bu göstərici 13 244 təşkil edib. Gömrüklə iş görən fiziki şəxslərin sayı 5%, özəl hüquqi şəxslərin sayı isə 10,7% artıb.
Xarici iqtisadi fəaliyyət iştirakçıları
|
Yanvar-noyabr 2016 |
Yanvar-noyabr 2017 |
Xarici ölkələrin sayı |
183 |
183 |
XİF iştirakçılarının sayı
|
13 244 |
14 190 |
Fiziki şəxslər |
8 018 |
8 435 |
Hüquqi şəxslər üzrə |
5 226 |
5 755 |
- o cümlədən: |
|
|
- dövlət sektoru |
240 |
235 |
- özəl sektor |
4 986 |
5 520 |