"Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar".
Eləcə də bax: DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı – FOTO
FED.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, hazırda araşdırmalar davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.