Səhmləri 100% dövlətə məxsus olan "Azərbaycan Sənaye Korporasiyası" ASC ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliğu Fondu arasında satınalma müqaviləsi imzalanıb.
FED.az xəbər verir ki, müqavilənin dəyəri 59 180 manatdır.
Sənəd dövlət şirkətinin dövlət qurumuna ofis sahəsinin icarəyə götürülməsi xidməti göstərməsini nəzərdə tutur.