2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 682,1 min nəfərə çatıb.
Pensiyaya çıxmaq və pensiyanın hesablanması - QAYDALARI DƏYİŞİR – YENİ QANUN - DETALLAR
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artıqdır.
Martın 1-ə olan məlumata görə, işləyənlərin 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bir il əvvəllə müqayisədə dövlət sektorunda çalışanların sayında 13 min nfərə azalma var, belə ki, ötən ilin eyni dövründə dövlət sektorunda 915,5 min nəfər çalışırdı.
Əvəzində özəl sektorda çalışanların sayı artmaqdadır. 2021-ci il martın 1-i vəziyyətinə qeyri-dövlət sektorunda çalışanların sayı 763 min nəfər idi – o vaxtdan indiyədək bu işçilərin sayında 17 min nəfər artım olub.