Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda dövlət sektorunda çalışan işçilərin sayı 863 192 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 062 nəfər və ya 1,9% azalma deməkdir.
Xatırladaq ki, ötən ilin oktyabrın 1-i vəziyyətinə dövlət işçilərinin sayı 880 254 nəfər təşkil edirdi.










