Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad edilib.
ELƏCƏ DƏ BAX: Yeni nazir müavini - TƏYİN EDİLDİ
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.