2020-ci ildə Azərbaycanda bələdiyyə orqanlarının büdcə gəlirləri 34 milyon 970,6 min manat, xərcləri – 34 milyon 383 min manat təşkil edib.
Eləcə də bax: "Bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcu var"
Beləliklə, 2020-ci ildə bələdiyyə büdcələrinin ümumi profisiti 587,6 min manat təşkil edib.
FED.az xəbər verir ki, 2020-ci ildə bələdiyyə büdcələrinə daxilolmalar 2019-cu illə müqayisədə 3,9%, xərclər isə 4,5% azalıb.
2020-ci ildə bələdiyyə büdcələrinə vergi gəlirləri 14 milyon 408,9 min manat (artım 2,5%), qeyri-vergi daxilolmaları – 19 milyon 653,9 min manat (azalma 8,1%), qalan daxilolmalar – 907,8 min manat olub (azalma 2,7%).
2020-ci ildə bələdiyyə əmlakı və topraqlarının icarəyə verilməsindən bələdiyyə orqanlarının gəlirləri 12 milyon 441,7 min manat (azalma 5%), fiziki şəxslərdən əmlak vergisi üzrə - 7 milyon 926 min manat (artım 4,7%), fiziki şəxslərdən torpaq vergisi üzrə - 5 milyon 511,7 min manat (artım 4,1%) təşkil edib.
2020-ci ildə Azərbaycanın dövlət büdcəsindən bələdiyyələrə 5 milyon 722,2 min manat məbləğində dotasiya və subsidiyalar ayrılıb (artım 0,6%).
Ötən il xərclərin strukturunda daha çox vəsait yerli idarəetmə orqanlarının saxlanılmasına yönəldilib – 22 milyon 579,3 min manat (artım 1,2%) və ya hesabat ili ərzində bütün xərclərin 65,7%-i.
Bundan başqa, 1 milyon 627,4 min manat 72,4 min manatı (artım 16,5%) - bələdiyyələr tərəfindən sosial müdafiə və sosial təminatın, 5 milyon 294 min manatı (azalma 16,3%) – mənzil-kommunal xərclərin payına düşüb.
Bakıda fəaliyyət göstərən 53 bələdiyyənin ümumi gəlirləri 9 milyon 69,9 min manat (2019-cu illə müqayisədə azalma 7,9%), xərcləri – 9 milyon 5,5 min manat (azalma 8,7%) təşkil edib.
Məlumata əssaən, 2020-ci ildə bir bələdiyənin orta gəliri 21,775 min manat, xərcləri – 21,409 min manat təşkil edib. (İnterfask)