Növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
FED.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bildirib ki, mandat uğrunda 991 nəfər mübarizə aparacaq.
O, seçki bülletenlərində deputatlığa 991 namizədin adının qeyd olunduğunu vurğulayıb.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. (Apa)