Azərbaycanda min evdən az olan kəndlərin bələdiyyələri birləşdirilir.
Deputat: “Cəmi 200 manat gülməli rəqəmdir...”
FED.az xəbər verir ki, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq.
Buna kiçik bələdiyyələrin vergiləri toplaya bilməməsi və digər əsaslı səbəblər var.
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. (Report)