2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 532 137 mobil telefon və digər mobil qurğular idxal olunub. İdxalın ümumi həcmi 46439,3 min dollar təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu ilin doqquz ayı ərzində ölkəyə gətirilən mobil telefonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Ötən ilin yanvar-sentyabr aylarında ölkəyə 256 153 mobil qurğu idxal olunmuşdu. Builki göstərici dəyər baxımından 2016-cı ildə qeydə alınan göstəricini 90,3 faiz üstələyib.
İlin əvvəlindən ölkəyə orta hesabla aylıq 59 mindən çox mobil qurğu idxal edilib. Orta aylıq hesabla mobil telefon bazarının həcmi 5,15 milyon dollardan çox olub.
© Trend