“Bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”
Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəminində olduğunu düşünmürük.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında deyib.
XİN rəsmisi qeyd edib, hücumla bağlı bütün məsuliyyət İran tərəfinin üzərinə düşür:
“Son aylarda İran mediasında anti-Azərbaycan təbliğatı geniş yer alıb. Bunun hücuma rəvac verdiyini düşünürük. Azərbaycan İranla hər zaman yaxşı qonşuluq tərəfdarı olub, İranın da buna müsbət cavab verəcəyini gözləyib. Lakin bu təxribatlar mənfi təsir göstərir”.