Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Müttəfiqlik haqqında Birgə Bəyannamə"ni imzalayıblar.
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
FED.az xəbər verir ki, mmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
"Bu bəyannamə əməkdaşlığımızı yeni səviyyəyə yüksəldir", - İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti bildirib ki, qarşılıqlı hərbi yardım da bəyannamədə öz əksini tapır.
Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.