Dekabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
FED.az xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı Laçın yolundakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.
XİN rəhbərləri regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqları səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti də müzakirə ediblər.
Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
O, İrəvanın bu il dekabrın 23-də Moskvada planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanmasını müzakirə etmək üçün keçiriləcək görüşdən iştirakdan imtina etmək qərarına görə təəssüfləndiyi bildirilib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - məlumatda qeyd olunub. (Apa)