Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, imzalanma Azərbaycan Prezidentinin Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri çərçivəsində baş tutacaq.
İki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.
Bundan başqa, dövlət başçılarının görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin bərpası məsələləri müzakirə olunacaq.