14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Hikmət Hacıyev İran səfiri ilə - GÖRÜŞDÜ
XİN-dən FED.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.