Aprelin 15-də prezident İlham Əliyevlə Gürcüstan prezidenti Salome Zurabişvili videobağlantı formatında danışıblar.
Eləcə də bax: Gürcüstan tibbi maska istehsalı üçün Azərbaycandan - TƏNZİF ALIR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Söhbət zamanı dövlət başçıları iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Tərəflər Azərbaycanla Gürcüstanın beynəlxalq tranzit dəhlizinin önəmli iştirakçıları olduğunu bildirərək, ticarət əlaqələrinin, tranzit-nəqliyyat sahəsində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Dövlət başçıları, həmçinin koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutub.