Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.
“Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”
FED.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumat yayıb.
Onun sözlərinə görə görüş mayın 10-da Almatıda baş tutacaq.