«Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir, hər hansı dəstək və ya kreditdən asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir».
FED.az biznes və maliyy xəbərləri portalı xəbər verirki, bu barədə prezidenrt İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, bir neçə il əvvəl hökumətə xarici borcun azaldılmasını tapşırıb və buna nail olunub.
«Bir neçə il əvvəl xarici borcun azaldılması ilə bağlı hökumətin qarşısında məsələ qoydum və buna nail olduq. Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxaq maliyyə təchizatçıları ilə büiün münasibətlərimizi bitirdik. İndi bizim xaricxi borcumuz ÜDM-nin 6,3-6,4%-ni təşkil edərək tarixdə ən aşağı səviyyədədir».
Bununla yanaşı, dövlət başçısı bildirib ki, Azərbaycan yenidən borc almağa başlayacaq. Bu bir sıra layihələri maliyyələşdirmək üçündür.
«Biz yenə də məhdud məbləğlərdə borc götürməyə başlamışıq. Maliyyələşdirməyə ehtiyac olan layihələri dəstəkləmək üçün 2-3 milyard, bəlkə də 4 milyard dollar məbləğində borc götürməyə qərar vermişik. (Çünki) biz sosial sahəyə, müdafiə və Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya layihələrəmiz üçün və əsasən də bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Biz bunun üçün borc götürəcəyik».










