“Azərbaycan Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar olaraq Türkiyəyə hərbi yardım üçün müraciət etməyib, lakin zərurət yarandıqda Ankara bu yardımı göstərəcək”.
Eləcə də bax: "Türkiyənin münaqişədə iştirakına zərurət yoxdur"
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İtaliyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Qoy Ermənistan Qarabağdan çıxsın. Biz azərbaycanlılarla bir millətik və onlara yaxın olmağımızdan daha təbii bir şey yoxdur. Azərbaycanın öz torpaqları üçün müstəqil şəkildə mübarizə aparmaq potensialı var. Biz onlardan hərbi yardım üçün heç bir müraciət almamışıq. Ancaq belə bir istək olarsa, biz buna müsbət cavab verəcəyik”,- deyə Çavuşoğlu qeyd edib.
XİN rəhbəri sülhün hər kəs üçün, ilk növbədə Ermənistanın özü üçün faydalı olacağını bildirib.
“Ermənistanı dəstəkləyənlər onu Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalıdır”,- deyə nazir bildirib. (Qafqazinfo)